525.Az

Peyvənd olunanların sayı açıqlanıb


 

Peyvənd olunanların sayı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 923 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 283, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 208, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 388, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 44 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 904 392, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 640, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 235, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 383 954, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 563 nəfər təşkil edir.

 

 





19.10.2022    çap et  çap et