525.Az

Borrell irqçi çıxışından geri addım atmadı


 

Borrell irqçi çıxışından geri addım atmadı<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Avropanı bir bağa, dünyanın qalan hissəsini isə meşəyə bənzətdiyi üçün “irqçi” adlandırılmasından sonra ittihamları qəbul etmədiyini deyib: “Ünvanıma səslənən tənqidlər ictimaiyyətdə gündəmə gələn adi məsələlərdən biri idi”. 

525.az xəbər verir ki, Borrel Lüksemburqda keçirilən Aİ xarici işlər nazirləri toplantısının girişində çıxış edib. 

"Siz yaxşısınız?" sualına cavab olaraq Borrell: "Yaxşıyam. Niyə də olmayım? Zaman-zaman ictimai yerlərdə hadisələr baş verir, amma sizi əmin edə bilərəm ki, hər həftə əvvəlki kimi gərgin keçir", - deyib 

Qeyd edək ki, oktyabrın 13-də Avropa İttifaqı diplomatlarının gələcək nəslini yetişdirmək üçün yaradılan Diplomatiya Akademiyasının açılışında çıxış edən Borrell: "Avropa bir bağdır. Biz bağ salmışıq. Hər şey işləyir. Bu, siyasi azadlığın, iqtisadiyyatın ən yaxşı birləşməsidir. Dünyanın qalan hissəsinin çox hissəsi meşədir və meşə bağı işğal edə bilər" sözlərini işlətmişdi. 

Bundan sonra sosial mediada bir çox istifadəçi Avropanın rifahının müstəmləkəçilikdən qaynaqlandığını, Borrelin açıqlamalarının “irqçi, müstəmləkəçi, barbar” məntiqini ortaya qoyduğunu vurğulayan paylaşımlar ediblər. Borrell eyni çıxışında Rusiyanın Ukraynaya qarşı istənilən nüvə hücumu qarşısında Rusiya ordusunun məhv ediləcəyini və güclü hərbi cavab veriləcəyini bildirib.

Malik Atilay

 





19.10.2022    çap et  çap et