525.Az

İsveçdə 26 yaşlı azərbaycanlı nazir təyin olundu


 

İsveçdə 26 yaşlı azərbaycanlı nazir təyin olundu<b style="color:red"></b>

Milliyyətcə azərbaycanlı, 26 yaşlı Ruminə Purmuxtari İsveçin iqlim və ətraf mühit naziri təyin edilib. O, yerli hökumətdə təmsil olunan ən gənc nazirdir.

525.az xəbər verir ki, İsveçin Moderat Mühafizəkarlar Partiyası, Liberal Partiya və Xristian Demokrat Partiyasından ibarət üçtərəfli koalisiya hökumətinin mətbuat konfransında açıqlanan yeni kabinetin ən gənc üzvü 26 yaşlı Ruminə Purmuxtaridir.

İsveçin yeni İqlim və Ətraf Mühit Naziri Purmuxtari tutduğu mövqedə dəyişiklik etmək istədiyini bildirib və "İsveç xalqının iradəsini əks etdirən siyasətə əməl etməliyik", - deyib. 

Purmuxtari nazir olmazdan əvvəl Liberal Partiyanın gənclər şöbəsinin rəhbəri olub.

Qeyd edək ki, Moderat Mühafizəkarlar Partiyasının lideri Ulf Kristerssonun rəhbərliyi ilə 24 nazirlikdən ibarət kabinetdə 13 kişi və 11 qadın nazir var.

Sevil Seymur

 





19.10.2022    çap et  çap et