2017-ci ildə Pixar istehsalı olan “Coco” cizgi filminə ilham verdiyi deyilən meksikalı qadın Maria Salud Ramirez Caballero 109 yaşında vəfat edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Caballeronun ölümünü Meksikanın Miçoakan əyalətinin turizm naziri Roberto Monroy açıqlayıb. Monroy bildirib ki, Caballero Santa Fe de la Laqunada açıqlanmayan səbəblərdən dünyasını dəyişib.
Monroy onu "yorulmaz qadın və həyat modeli" kimi təsvir edib.
Cizgi film “Coco” mərhum ulu babası ilə görüşmək üçün “Ölülər diyarına” gedən Migel adlı 12 yaşlı uşağların hekayəsindən bəhs edir. Filmin əsas personajlarından biri Ana Ofelia Murguia tərəfindən səsləndirilən Migelin ulu nənəsi Coco adlı yaşlı qadındır.
Disney heç vaxt Caballeronun həqiqətən də “Coco” üçün ilham olduğunu təsdiqləməsə də, ailəsi Pixar komandasının Caballero ilə görüşdüyünü, şəklini çəkdiyini və bir müddət onunla yaşadığını iddia etmişdilər.
“Coco” 2018-ci ildə 90-cı Akademiya Mükafatları mərasimində ən yaxşı orijinal mahnı (Kristen Anderson-Lopez və Robert Lopez tərəfindən səsləndirilən "Məni xatırla") və ən yaxşı animasiya filminə görə 2 Oskar qazanıb.
Sevil Seymur
çap et