525.Az

Zorlama və qətlə görə məhkum edilənlərin əfvi tənqid edilib


 

Zorlama və qətlə görə məhkum edilənlərin əfvi tənqid edilib<b style="color:red"></b>

Hindistanda zorlama və adam öldürməkdə təqsirli bilinən məhbusların cəza müddəti bitməmiş həbsdən azad edilməsi ölkədə və dünyada hiddət dalğası yaradıb.

525.az “BBC NEWS”-a istinadən xəbər verir ki, zorlama və qətlə görə ömürlük həbs cəzası çəkən məhkumların azadlığa buraxılması və qəhrəmancasına qarşılanması bütün dünyada hiddətə səbəb olub.

Belə ki, Hindistanda baş nazir Narendra Modin hamilə müsəlman qadına qrup şəklində təcavüz etməkdə və eyni qadının üç yaşlı qızı da daxil olmaqla 14 nəfərin qətlində təqsirli bilinən 11 nəfərin vaxtından əvvəl azadlığa buraxılmasını təsdiqləyib.

Hindistanın müstəqillik gününü qeyd etdiyi avqustun 15-də və Modinin ictimaiyyəti qadınlara hörmət etməyə çağırmasından bir neçə saat sonra çoxları məhkumların azad edilməsinə reaksiya verib.

İnternetdə izlənilən videoda məhkumların qohumlarının Qodhra həbsxanasının qarşısında növbəyə düzülərək ehtiram əlaməti olaraq şirniyyat təklif etməsi, ayaqlarına toxunması əks olunub.

Sevil Seymur

 





19.10.2022    çap et  çap et