525.Az

ABŞ sahillərində 98 immiqrant xilas edilib


 

ABŞ sahillərində 98 immiqrant xilas edilib<b style="color:red"></b>

İki gündür ac və susuz qaldığı bildirilən 98 immiqrant ABŞ-ın Florida ştatı sahillərində xilas edilib.

525.az "NBC News"a istinadən xəbər verir ki, ABŞ Sahil Mühafizəsinə məxsus helikopter Boka Raton əyalətinin 32 km şərqində immiqrantları daşıyan qayıq aşkar edib. Səlahiyyətlilər, qayığın həddindən artıq dolu olduğunu, 53 kişi, 35 qadın və 10 uşağın Baham adasının səlahiyyətlilərinə təhvil verildiyini bildirib. 

Qeyd edək ki, əksəriyyəti Haitili olan miqrantlar səlahiyyətlilərə bir həftədir dənizdə və 2 gündür ac-susuz olduqlarını bildiriblər.

Məhəmməd Tağıyev

 





19.10.2022    çap et  çap et