525.Az

Bakıda zəncirvari qəza baş verib


 

Bakıda zəncirvari qəza baş verib<b style="color:red"></b>

Ötən gecə Bakının Nizami rayonunda 3 maşın toqquşub.

APA TV-nin məlumatına görə, yol qəzası Babək prospektində baş verib.
 
"Hyundai" markalı avtomobilin sürücüsü Vüqar Abbasov maşını yolun kənarında saxlayıb və qarpız almaq üçün avtomobili tərk edib.
 
Bu zaman yüksək sürətlə hərəkət edən "Lada" markalı avtomobil arxadan "Hyundai"-yə çırpılıb. O isə qarşıda dayanan yük maşınına dəyib. "Lada"nın sürücüsü maşını qoyaraq hadisə yerindən uzaqlaşıb.
 
Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar. "Lada"nın sürücüsünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

 





19.06.2014    çap et  çap et