525.Az

Bakıda axtarışda olan 3 nəfər tutulub


 

Bakıda axtarışda olan 3 nəfər tutulub<b style="color:red"></b> Bakıda axtarışda olan 3 nəfər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Metropolitendə Polis şöbəsinin əməkdaşlarının və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olanlar Xırdalan şəhər sakini, 1992-ci il təvəllüdlü Ruhiyyə Quliyeva və 1985-ci il təvəllüdlü Ufat Aslanov tutulublar.
 
Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1984-cü il təvəllüdlü Rəşad İsgəndərli tutulub.
 





19.06.2014    çap et  çap et