525.Az

"Sevgi dili" nümayiş etdirilib


 

"Sevgi dili" nümayiş etdirilib<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrının Türkiyə Mədəniyyət Nazirliyi ilə birgə layihəsi həyata keçirilib. Layihənin ilk tədbiri oktyabrın 18-də Mərdəkan Mədəniyyət Sarayında baş tutub.

Tədbirdə türk sənətçi Özgür Akçayın və Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında kompozisiya, daha sonra isə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanmış "Sevgi dili" filmi nümayiş olunub.

Layihənin rəhbəri Özgür Akçay yaradılan şəraitə görə, idarənin rəhbərliyinə təşəkkürünü bildirib, ardınca film haqqında tamaşaçılara qısa məlumat verib.

Sonra Bakı Uşaq və Gənclər Teatrın aktyorları Mehman Piriyev Nəsiminin "Etməgil", Füzulinin "Pənbeyi dağı cünun" , Gülər Ləzgiyeva Nizaminin "Sənsiz", Nəsiminin "Dedim, dedi" qəzəlləri əsasında hazırlanmış kompozisiya təqdim ediblər.

Ardınca türk sənətçi Özgür Akçayın "Sevgi dili" filmi nümayiş olunub. Bildirilib ki, bu, YUNESKO tərəfindən Ahi Evran, Hacı Bektaşi Vəli və Yunus Əmrəni anma ili elan edilən 2021-ci ildə Türkiyə Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Sevgi Dili Memarlar" adlı sənədli filmdir.

Film tamaşaçılarda maraq doğurub.

 





20.10.2022    çap et  çap et