525.Az

Bir seansa 20 film


 

ŞƏNBƏ GÜNÜ NİZAMİ KINO MƏRKƏZİNDƏ

Bir seansa 20 film<b style="color:red"></b>

Oktyabrın 22-də saat 20.00-da Nizami Kino Mərkəzində “ART- EAST Media Qrup” şirkətinin təşkilatçılığı, “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə “Musiqili proyektor” multimedia şousu təşkil olunacaq.

Kino musiqisi filmin cövhəridir, deyirlər. Tanış, doğma melodiya ən maraqlı epizodları xatırladır. Unudulmaz kadrlarda dahi bəstəkarların gözəl əsərləri qorunur.

“Avanqard” Kamera Orkestri illüziya ilə gerçəklik arasında rabitə yaradır. Məşhur filmlərin saundtreklərini ifa edir, proyektorla ekranda yalnız sevgi səhnələrini canlandırır. Keçmiş zamanların məsum eşq hekayələrini yada salır: sevindirir, güldürür, qəlbə toxunur, kövrəldir, ağladır...

Səhnədə peşəkar musiqiçilər olacaq, ekranda ən baxılan kinolardan, cizgi filmlərindən fraqmentlər təqdim ediləcək: quruluş verilmiş rəqslər, əlvan şou, atəşfəşanlıq, sanki gizli dramaturgiya ilə sıralanmış nömrələr. Rahatlıq verən, stresslərdən uzaqlaşdıran bir seans. Musiqi terapiyası. “Avanqard”ın gənc istedadlarının böyük, zəngin irsə sayğısı...

“Musiqili proyektor” yeni aranjimanlarla daim repertuarını təzələyir. Bu şənbə “Nizami” Kino Mərkəzinə gələnləri yeni və rəngarəng şou gözləyir. Bir axşam 20 filmi izləmək şansını qaçırmayın.

Fərid Sançar

 

 





20.10.2022    çap et  çap et