525.Az

“Azərbaycanın tarixi qələbəsi İran üçün böyük sarsıntı oldu”


 

“Azərbaycanın tarixi qələbəsi İran üçün böyük sarsıntı oldu”<b style="color:red"></b>

“İran-Azərbaycan münasibətlərində tarixi, geosiyasi, iqtisadi məsələlər də mövcuddur. Ötən əsrin 90-cı illərində İran məhz ABŞ-ın və Böyük Britaniyanın Xəzər dənizində işləməsinə etiraz edirdi. Ona görə də bu münasibətlərə kompleks şəkildə yanaşmaq lazımdır. Amma Azərbaycan hər zaman münasibətlərə xüsusi önəm verib. İranla ölkəmiz arasında bir sıra iqtisadi layihələr icra edilib”. 

525.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib. Onun sözlərinə görə, indiki halda isə İranla Azərbaycan arasındakı gərginliyin II Qarabağ müharibəsində qazanılmış qələbədən qaynaqlandığını düşünmək olar. Çünki Azərbaycanın tarixi qələbəsi İran üçün böyük sarsıntı oldu: “ 

Digər məsələ geosiyasi amillərlə bağlıdır. İran-İsrail qarşıdurması və İran daxilində olan proseslər də burada nəzərdən qaçmamalıdır. Ona görə də bu cür məsələlər İranı ciddi narahat edir. Eyni zamanda bu regionda Azərbaycan və Türkiyə arasında güclənən ikitərəfli əlaqələr, müttəfiqlik münasibətləri İranı həddən artıq narahat edən amillər sırasındadır”.

Sevinc Qarayeva

 





20.10.2022    çap et  çap et