525.Az

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib


 

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib<b style="color:red"></b>

2022-ci iloktyabrın 19-da Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. Azərbaycan Mətbuat Şurasının sədr müavini, komissiya sədri Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib.

525.az xəbər verir ki, iclasda ümumən müxtəlif media orqanlarında yayımlanmış materiallarla bağlı altı şikayətə baxılıb. Şuranın Katibliyi tərəfindən şikayətçi və cavabdeh media orqanları ilə aparılmış söhbətlər, tərəflərin diqqətinə çatdırılmış anlaşma təklifləri və buna onların münasibətləri nəzərdən keçirilib, mövcud istiqamətdə fikir mübadiləsi aparılıb.

Müzakirələrdən sonra müvafiq rəylər çıxarılıb. Rəylərdə əsasən KİV-lərə qarşı tərəfin mövqeyinin işıqlandırılmasına sayğılı yanaşmaq, ona öz fikirlərini çatdırmaq üçün şərait yaratmaq tövsiyə edilib. Komissiyanın müxtəlif məsələlərlə bağlı rəylərində həmçinin şikayətçi tərəfə aidiyyatı üzrə müraciət ünvanlamaq tövsiyəsi də yer alıb. 

Qeyd edək ki, prosedur qaydalara uyğun olaraq, bütün şikayətlərMŞ-nin İdarə Heyətində dəmüzakirəyə çıxarılacaq, onlarla əlaqədar yekun qərarlar İH tərəfindən qəbul ediləcəkdir.


 

 





20.10.2022    çap et  çap et