525.Az

Küveytin yeni hökuməti fəaliyyətə başlayıb


 

Küveytin yeni hökuməti fəaliyyətə başlayıb<b style="color:red"></b>

Küveytdə yeni hökumət and içib və işə başlayıb.

525.az "KUNA"a istinadən xəbər verir ki, baş nazir Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabah yeni kabineti vəliəhd şahzadə Meşəl əl-Əhməd əs-Sabaha təqdim edib. Vəliəhdin təbrik etdiyi yeni hökumət də and içib və işə başlayıb. 

Oktyabrın 5-də Küveytdə qurulan, lakin parlamentarilərin etirazlarından sonra istefa verən 41-ci hökumətin dünən yenidən işlənməsinə qərar verilib. Yeni hökumətin 16 nazirdən ibarət olduğu bildirilir. Avqustun 1-də Küveyt əmiri Şeyx Nəvvaf əl-Cabir əs-Sabahın böyük oğlu Əhməd Nəvafın rəhbərlik etdiyi hökumət qurulmuş, parlament isə avqustun 2-də "deputatlar arasında uyğunsuzluq səbəbindən" buraxılmışdı.

Qeyd edək ki, Küveyt əmiri Şeyx Nəvaf oktyabrın 5-də hökuməti yenidən formalaşdırmağı baş nazir Əhməd Nəvafa tapşırmışdı.

Məhəmməd Tağıyev

 





20.10.2022    çap et  çap et