525.Az

Aİ və ASEAN aviasiya sazişi imzalayıb


 

Aİ və ASEAN aviasiya sazişi imzalayıb<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) arasında uçuşların artırılması üçün "dünyanın ilk bloklararası aviasiya müqaviləsi" imzalanıb.

525.az "ABC News"a istinadən xəbər verir ki, Aİ-dən verilən açıqlamada tərəflər arasında 6 il əvvəl başlayan danışıqlardan sonra ASEAN ilə uçuşların genişləndirilməsi üçün müqavilə imzalandığı bildirilib. Bu gün İndoneziyanın Bali şəhərində imzalanan "ASEAN-AB CATA" adlı aviasiya sazişi 37 Aİ və ASEAN üzvü olan ölkə arasında əlaqəni və iqtisadi inkişafı dəstəkləyəcək. Razılaşmaya əsasən, ASEAN və Aİ aviaşirkətləri iki region arasında çoxsaylı qarşılıqlı uçuşlar həyata keçirə və aviaşirkətlər həftədə 14 sərnişin reysi ilə üçüncü ölkələrə çoxsaylı yük reysləri təşkil edə biləcəklər.

Qeyd edək ki, bu saziş dünyada ilk aviasiya müqaviləsi olduğu üçün diqqət çəkir.

Məhəmməd Tağıyev

 





20.10.2022    çap et  çap et