525.Az

Avropa İttifaqından İrana qarşı sanksiya


 

Avropa İttifaqından İrana qarşı sanksiya<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Məhsa Əminin ölümü və ondan sonra baş verən etirazlara münasibətinə görə İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

525.az xəbər verir ki, Avropa Şurasından verilən yazılı açıqlamada hazırkı sanksiya siyahısına 11 nəfərin və 4 təşkilatın əlavə edildiyi bildirilib.

Bəyanatda bildirilib ki, İran Əxlaq Polisi və onun Əmininin ölümünə görə məsuliyyət daşıyan əsas fiqurları Məhəmməd Rüstəmi və Həcəhməd Mirzə etirazların yatırılmasındakı rollarına görə İran Hüquq-Mühafizə Qüvvələrinə və bir sıra yerli rəhbərlərə sanksiya tətbiq edib.

"İnternetin bağlanmasına görə məsuliyyəti İranın İnformasiya və Kommunikasiya Texnologiyaları naziri İsa Zarepur daşıyır. Bu səbəbdən siyahıya salınıb", - məlumatda deyilir. Tədbirlərə səyahət qadağası və aktivlərin dondurulması daxildir. Həmçinin Aİ vətəndaşlarına və şirkətlərinə sadalanan şəxsləri və təşkilatları maliyyələşdirməyi qadağan edir. Sözügedən siyahıya ümumilikdə 97 fiziki şəxs və 8 təşkilat daxildir.

Malik Atilay

 





20.10.2022    çap et  çap et