525.Az

Rusiya barədə məhkəmə çağırışı


 

Rusiya barədə məhkəmə çağırışı<b style="color:red"></b>

Estoniya, Litva və Latviya Avropa İttifaqını (Aİ) Ukraynanı dəstəkləmək üçün beynəlxalq tərəfdaşlarla xüsusi məhkəmə yaratmağa çağırıb.

525.az xəbər verir ki, Litva Xarici İşlər Nazirliyinin saytında dərc edilən birgə bəyanatda məhkəmədən Rusiyanın hücumlarını araşdırmaq, mövcud məhkəmə boşluğunu doldurmaq və Rusiyanın Ukrayna qarşısında cavabdehliyini təmin etmək istənilib.

“Aİ danışıqları öncəsi Estoniya, Litva, Latviya nazirləri olaraq Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə cavabdehlik daşımasını təmin etmək üçün dəstəyə çağırırıq”, - bəyanatda deyilir.

Birgə bəyanatda vurğulanıb ki, ən aşkar pozuntular (soyqırım, hərbi cinayətlər, təcavüz cinayətləri və insanlığa qarşı cinayətlər) cəzasız qaldıqda, hər kəsin müdafiə etməyə çalışdığı qaydalara əsaslanan nizam mövcud ola bilməz. Bu yaxınlarda Ukrayna ərazisində evlərin, məktəblərin, uşaq meydançalarının, eləcə də ölkənin infrastrukturunun hədəfə alınması Rusiyanın Ukrayna xalqına qarşı əsassız terror kampaniyasının sonuncu hissəsidir.

Materialların toplanmasının müharibə cinayətləri, soyqırımı və bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmasında mühüm rol oynadığı vurğulanaraq, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən aparılan araşdırmalara bundan sonra da dəstək verilməli olduğu qeyd edilib.

"Hazırda Rusiyanın yüksək səviyyəli hərbi məmurlarını Ukraynaya qarşı hərbi cinayətlərinə görə məsuliyyət daşıyacaq beynəlxalq cinayət məhkəməsi yoxdur. Ukraynaya qarşı hərbi cinayətləri cəzalandırmaq üçün xüsusi tribunal yaradılmalıdır", - bəyanatda deyilir.

Malik Atilay

 





20.10.2022    çap et  çap et