525.Az

İsveçrədə uçuşların çoxu təxirə salınıb


 

İsveçrədə uçuşların çoxu təxirə salınıb<b style="color:red"></b>

İsveçrədə "Eurowings" hava yollarında çalışan pilotların iş şəraitinin yaxşılaşdırılması üçün başlatdıqları tətil bir çox uçuşun ləğvinə səbəb olub.

525.az xəbər verir ki, alman hava yolu şirkəti "Lufthansa"nın törəmə şirkəti olan "Eurowings"də çalışan pilotlar illik məzuniyyətlərinə 14 gün əlavə edilməsi tələbi ilə bu gündən etibarən 3 günlük tətilə başlayıblar.

"Eurowings" tərəfindən edilən açıqlamada, tətil səbəbiylə Sürix hava limanında gündəlik uçuşların sayının 230 ilə 400 arasında azaldığı bildirilib. Ləğvlər Sürixdən Almaniyanın Hamburq, Düsseldorf və Köln şəhərlərinə uçuş marşrutlarına mənfi təsir göstərib. Tətillərlə bağlı açıqlama verən "Eurowings"in maliyyə direktoru Kai Duve pilotlara əlavə 10 gün məzuniyyət veriləcəyini bildirib və danışıqlar masasına qayıtmağa çağırıb. Tətilin "Eurowings"in bir gündə on milyonlarla avro itirməsinə səbəb olduğunu xatırladan Duve, "İndi danışmaq lazımdır. Danışıqlar yenidən başlamayana qədər yeni bir təklif verilməyəcək", - deyib

Malik Atilay

 





20.10.2022    çap et  çap et