525.Az
Bakıda 42 yaşlı qadın Milli Parkda döyülüb
Bakıda Milli Parkda döyülmə hadisəsi baş verib.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Neftçilər prospekti-133 ünvanında yerləşən Milli Parkda, Dəniz Limanının yaxınlığında qeydə alınıb.
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Sevinc Əlisa qızı Məmmədova tanışı Faiq Azayev tərəfindən xuliqanlıq zəminində döyülüb.
Faktla bağlı araşdırma aparılır.
19.06.2014
çap et