525.Az

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbini rədd edib


 

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbini rədd edib<b style="color:red"></b>

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.

525.az xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, 12 oktyabr 2022-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi (Ermənistan Azərbaycana qarşı iş üzrə) ilə bağlı işdə müvəqqəti tədbirlərin alınması ilə bağlı Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsi barədə Ermənistanın tələbi ilə bağlı qərar verib.

Həmin Məhkəmənin ötən ilin dekabrındakı qərarına dəyişikliklə bağlı Ermənistan tərəfinin müraciəti 16 sentyabr 2022-ci ildə Reyestrdə qeydə alınıb: “Məcburi qüvvəyə malik olan 12 oktyabr 2022-ci il tarixli qərarında Məhkəmə “2022-ci ilin sentyabrında tərəflər arasında baş vermiş hərbi əməliyyatlar və erməni hərbi qulluqçuların saxlanılması Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsinə əsas verən vəziyyət yaratmır”.

 





20.10.2022    çap et  çap et