525.Az

Böyük Britaniya iqtisadiyyatı üçün tənəzzül xəbərdarlığı


 

Böyük Britaniya iqtisadiyyatı üçün tənəzzül xəbərdarlığı<b style="color:red"></b>

Amerika investisiya bankı Goldman Sachs Böyük Britaniyanın iqtisadiyyatının 2023-cü ildə 1 faiz daralacağı bildirib.


525.az BBC-ə istinadən xəbər verir ki, Goldman Sachs Böyük Britaniyanın iqtisadiyyatına dair hesabatını açıqlayıb. Böyük Britaniya iqtisadiyyatının gözlənildiyindən daha dərin resessiyaya girəcəyi proqnozlaşdırılıb. Hesabat Böyük Britaniya iqtisadiyyatı üçün artım proqnozunu aşağı salıb və gələn il üçün daralma gözləntiləri 0,4 faizdən 1 faizə yüksəlib. ABŞ-da isə ipoteka faizləri son 20 ilin ən yüksək səviyyəsinə çatıb. 30 illik faiz dərəcəsi ipoteka 7 faizə yüksəlib, keçən il isə bu nisbət 3 faiz idi. 

Qeyd edək ki, son 2 ildə ölkə daxilində ev qiymətləri orta hesabla 43 faiz artıb.

Məhəmməd Tağıyev

 





20.10.2022    çap et  çap et