525.Az

Aİ-nin ali nümayəndəsi İranla nüvə danışıqlarında irəliləyiş gözləmir


 

Aİ-nin ali nümayəndəsi İranla nüvə danışıqlarında irəliləyiş gözləmir<b style="color:red"></b>

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell hazırkı vəziyyətdə İranla nüvə danışıqlarında irəliləyiş gözləmədiyini, bu ölkənin etirazlara və Ukraynadakı müharibədə iştirakına münasibətinin belə olacağını vurğulayıb.

525.az "CNBC News"a istinadən xəbər verir ki, Borrell Lüksemburqda keçirilən Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri toplantısının girişində çıxış edib. İranın iclasın əsas gündəm bəndlərindən biri olduğunu deyən Borrell, nazirlərin "etirazçılara və cəsur qadınlara dəstək olmaq üçün" sanksiyalarla bağlı qərar qəbul etmələrini gözlədiyini bildirib.

Borrel bildirib ki, görüşdə İran istehsalı olan pilotsuz uçuş aparatlarının Ukraynadakı müharibədə istifadəsi məsələsi də müzakirə olunacaq. 

Məhəmməd Tağıyev

 





20.10.2022    çap et  çap et