525.Az

Bakıda bankomatlardan pul oğurlayan şəxs tutulub


 

Bakıda bankomatlardan pul oğurlayan şəxs tutulub<b style="color:red"></b> Bakıda dələduzluq və oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Naxçıvan şəhər sakini, 33 yaşlı Samir Xəlilov tutulub.
 
S.Xəlilovun ötən il sentyabrın 12-də İmanxan Ağayevə kömək etmək adı ilə M.Abbasov küçəsində yerləşən bankomatdakı hesabından 430 manat pulu çıxarıb qaytarmayaraq dələduzluq etdiyi müəyyən olunub.
 
S.Xəlilov eyni zamanda bu ilin yanvarın 16-da Ş.Mirzəyev küçəsindəki bankomatdan Nəriman Quliyevin hesabından 1000 manat oğurlayıb.
 
Faktla bağlı araşdırma aparılır.
 





19.06.2014    çap et  çap et