Rusiya Müdafiə Nazirliyi, Ukraynanın hərbi idarəetmə və enerji sistemlərinə qarşı uzaqmənzilli yüksək dəqiqlikli silahlarla hava və dəniz hücumları həyata keçirdiklərini açıqlayıb.
525.az xəbər verir ki, nazirliyin sözçüsü İqor Konaşenkov Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı açıqlama verib.
Rusiyanın Ukraynanın bəzi şəhərlərinə raket hücumlarına toxunan Konaşenkov: “Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində havadan və dənizdən uzun mənzilli yüksək dəqiqlikli silahlarla Ukraynanın hərbi idarəetmə və enerji sistemlərinin elementlərinə hücuma davam etdi. Bütün müəyyən edilmiş elementlər vuruldu", - deyə bildirib.
Konaşenkov Ukrayna hərbi qüvvələrinin Kupyansk, Lisiçanks, Nikolayev və Kriviy Riq istiqamətlərindəki hücumlarının dəf edildiyini iddia edərək, buradakı qarşıdurmalarda 300-dən çox Ukrayna əsgərinin zərərsizləşdirildiyini və çoxlu sayda hərbi texnikanın məhv edildiyini iddia edib. Konaşenkov Ukrayna ordusunun 2 idarə mərkəzinin, 6 yanacaq çəninin və Nikolayev vilayətində hərbi texnikanın təmir olunduğu mərkəzin son 24 saat ərzində məhv edildiyini, 9 pilotsuz uçuş aparatının vurulduğunu bildirib. Konaşenkov bildirib ki, indiyədək 323 təyyarə, 161 helikopter, 2256 pilotsuz uçuş aparatı, 380 hava hücumundan müdafiə raket sistemi, 5855 tank və zirehli texnika, 871 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3484 haubitsa və minaatan, 6101 şəxsi hərbi texnika məhv edilib.
Malik Atilay
çap et