525.Az

"Keçmişdə bənzər ağrıları yaşayan biri kimi Azərbaycan xalqının hisslərini bölüşürəm" - İlkan Varol


 

"Keçmişdə bənzər ağrıları yaşayan biri kimi Azərbaycan xalqının hisslərini bölüşürəm" - <b style="color:red"> İlkan Varol</b>

"Keçmişdə bənzər ağrıları yaşayan biri kimi Azərbaycan xalqının hisslərini səmimi qəlbdən bölüşürəm".

525.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Ombudsmanı İlkan Varol Ağdamda jurnalistlərə açıqlamasında deyib.

O, eyni zamanda 44 günlük müharibədən sonra əldə edilən uğur münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Sevincinizi də, kədərinizi də bölüşürük. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə ilk dəfədir səyahət edirəm. Burada aparılan layihələrlə tanış olduq. İnşallah növbəti səfərimizdə inşa edilən binaları, aparılan yenidənqurma işlərinin nəticələrini daha aydın görəcəyik" - deyə o qeyd edib.

 

 





21.10.2022    çap et  çap et