525.Az

"Qaydalar bütün münasibətləri tənzimləyə bilməsə də, şagirdlərdə davranışları ilə bağlı məsuliyyət yaradacaq"


 

"Qaydalar bütün münasibətləri tənzimləyə bilməsə də, şagirdlərdə davranışları ilə bağlı məsuliyyət yaradacaq" <b style="color:red"></b>

"Sovet təhsil sistemində də məktəblərdə müəyyən cəza tədbirləri olub. Davamlı olaraq dərs mühitini pozan, dərsə gecikən, sinif yoldaşlarına qarşı aqressiv formada fiziki güc tətbiq edən, müəllimə qarşı hörmətsizlik edən şagirdlərə qarşı hər hansı cəza tədbirinin olması vacibdir".

525.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. O bildirib ki, bu qaydalar bütün münasibətləri tənzimləyə bilməsə də, şagirdlərdə davranışları ilə bağlı məsuliyyət yaradacaq:

"Əgər valideyn bu inzibati tədbirlərə qarşı çıxırsa, bundan çıxış yolunu da göstərməlidir ki, dərsi pozan, sinif yoldaşını döyən şagirdə qarşı necə davranmaq lazımdır. Dəcəl şagirdlərin hamısını bir sinfə yığmaq mümkün deyil".

Sevinc Qarayeva

 

 





21.10.2022    çap et  çap et