525.Az

“Dərsdən sonra şagirdlərin məktəbdə saxlanılmasının məqsədi açıqlanmalıdır"


 

“Dərsdən sonra şagirdlərin məktəbdə saxlanılmasının məqsədi açıqlanmalıdır"<b style="color:red"></b>

“"Şagirdlərlə sakit söhbət", "uzaqlaşdırma", "sarı xəbərdarlıq məktubu", "narıncı xəbərdarlıq", "qırmızı xəbərdarlıq" kimi inzibati cəza növlərinin özündə nəyi etiva etdiyi ictimaiyyətə açıqlanmalıdır”.

Bunu 525.az-a açıqlamasında təhsil eksperti  Nadir İsrafilov deyib.

Ekspert bildirib ki, uzaqlaşdırma dedikdə nəyin nəzərdə tutulduğu açıqlanmalıdır. Belə şagirdlər məktəbdən uzaqlaşdırılacaq, yoxsa təhsildən kənarlaşdırılacaq? Bütün bu detallar açıqlanmalıdır:

“Dərsdən sonra şagirdlərin məktəbdə saxlanılmasının məqsədi açıqlanmalıdır. Halbuki, məktəblərdə psixoloqlar var, onların işi şagirdlərlə iş aparmaqdır. Hələ açıqlanmayıb ki, "sarı xəbərdarlıq məktubu", "narıncı xəbərdarlıq", "qırmızı xəbərdarlıq" alan şagirdlərin aqibəti necə olacaq? Bütün bunların detalları açıqlanmalıdır ki,valideynlər də məlumatlı olsun. Məktıbin ali ortqanı məktəbin pedoqoji şurasıdır. pedoqoji Şurada intizam tədbirləri ilə bağlı qərarlar verilə, müzakirə oluna bilər.  Ona görə məncə əlavə intizam şuralarının yaradılmasına ehtiyac yoxdur".

Sevinc  Qarayeva

 





21.10.2022    çap et  çap et