525.Az
İranda avtobus qəzası baş verib, 30 nəfər yaralanıb
İranda avtobus qəzası baş verib.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə iyunun 19-da səhər saat 05:20-də Bicar-Zəncan yolunun 12-ci kilometrliyində olub.
Tehrandan Banəyə hərəkət edən və içərisində 44 sərnişinin olduğu “Scania” markalı avtobus qəzaya uğrayıb. Nəticədə 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar yaxınlıqdakı xəstəxanalara qaldırılıblar.
19.06.2014
çap et