525.Az

Dövlət İmtahan Mərkəzi müsahibələrin keçirilmə qaydalarına dair təlim təşkil edib


 

Dövlət İmtahan Mərkəzi müsahibələrin keçirilmə qaydalarına dair təlim təşkil edib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzinin (DİM) Müsahibələrin təşkili şöbəsinin müdiri Xədicə Əzimova və həmin şöbənin aparıcı məsləhətçisi Kamran Səfərov, həmçinin Hüquqi təminat, dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilib.

DİM-dən 525.az-a veilən xəbərə görə, təlimdə əməkdaşlar və müstəqil ekspertlər müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibənin məqsədi, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumatlandırılıb. Habelə təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Sevinc Qarayeva

 





21.10.2022    çap et  çap et