525.Az

Qazaxıstanın ekologiya, geologiya və təbii sərvətlər naziri ilə görüş keçirilib


 

Qazaxıstanın ekologiya, geologiya və təbii sərvətlər naziri ilə görüş keçirilib<b style="color:red"></b>

Azərbaycanda işgüzar səfərdə olan Qazaxıstan Respublikasının ekologiya, geologiya və təbii sərvətlər naziri Serikkali Berekeşef ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə 525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 6-cı iclası çərçivəsində baş tutan görüşdə ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 





21.10.2022    çap et  çap et