525.Az

Baş Prokurorluq Laçında mina partlayışı ilə bağlı məlumat yayıb


 

Baş Prokurorluq Laçında mina partlayışı ilə bağlı məlumat yayıb<b style="color:red"></b>

Oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

525.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilmişdir.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

 





21.10.2022    çap et  çap et