İran İngiltərəyə cavab olaraq 9 yüksək rütbəli ingilis məmura, o cümlədən bir nazirə, 2 dövlət qurumuna və Londonda fars dilində yayımlanan 2 telekanala "zorakılıq və terror aktlarına səbəb olan fəaliyyətlə məşğul olduqları" səbəbi ilə sanksiya tətbiq edib.
525.az "BBC News"a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, sanksiya qərarının müvafiq qurumların razılığı əsasında İngiltərənin sanksiyalarına qarşı ehtiyat tədbiri olaraq alındığı bildirilib. Vurğulanıb ki, sanksiyalar “İran xalqına qarşı iğtişaşlar, zorakılıq və terror aktları törədən” İngiltərə fərd və qurumlarını əhatə edir və bu kontekstdə İngiltərənin Milli Kibertəhlükəsizlik Mərkəzi kimi dövlət qurumlarını əhatə edir.
Hökumət Kommunikasiya Mərkəzi, həmçinin Volant Media, Global Media, DMA Media, BBC Farsian və Iran International kimi media qurumlarına qarşı sanksiyaların tətbiq edib. Qeyd edilib ki, sanksiya siyahısına İngiltərənin təhlükəsizlik naziri Tom Tugendhat, keçmiş Baş Qərargah rəisi Mark Karleton Smit və Kral Hərbi Dəniz Qüvvələrinin komandanı Don Makinnon, həmçinin İngiltərə siyasətçiləri Stiv Makkeyb, Stiven Krabb və Stüart Polak daxil olmaqla 9 məmur salınıb.
Məhəmməd Tağıyev
çap et