525.Az

Ata ehtiyatsızlıqdan azyaşlı oğlunu öldürüb


 

Ata ehtiyatsızlıqdan azyaşlı oğlunu öldürüb<b style="color:red"></b>

Azərbaycanda azyaşlı uşaq faciəli şəkildə ölüb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, iyunun 18-də saat 14 radələrində Sabirabad rayonunun Əlicanlı kənd sakini Cəlal Əkbərov həyətində “QAZ-3302” markalı avtomobili arxaya verərkən azyaşlı oğlu Cavidi vurub. Uşaq hadisə yerində dünyasını dəyişib.

 





19.06.2014    çap et  çap et