525.Az

Yəmən iqtisadiyyatı 2 faiz böyüyüb


 

Yəmən iqtisadiyyatı 2 faiz böyüyüb<b style="color:red"></b>

Yəmən hökuməti ölkə iqtisadiyyatının 2022-ci ildə 2 faiz artım tempinə çatdığını açıqlayıb.

525.az xəbər verir ki, baş nazir Muin Əbdülməlik onlayn iclasda hökumətin iqtisadiyyatla bağlı tənzimləmələri və əldə etdiyi müsbət nəticələr haqqında məlumat verib. Əbdülməlik bəyan edib ki, Yəmən iqtisadiyyatında bu il ilk dəfə olaraq 2 faizlik müsbət artım qeydə alınıb. Gələn il artım rəqəmlərinin 3 faizə çatacağını gözlədiklərini qeyd edən Əbdülməlik hökumətin islahatları sürətləndirərək xalqın həyat şəraitini yaxşılaşdırmaq istədiyini bildirib. Beləliklə, bu, 2015-ci ildə müharibə başlayandan bəri iqtisadi daralma yaşayan Yəməndə verilən ilk artım bəyanatı olub.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Məhəmməd Tağıyev

 





21.10.2022    çap et  çap et