525.Az

“Yol bərbad vəziyyətdə qalacaq”


 

“Yol bərbad vəziyyətdə qalacaq”<b style="color:red"></b> Törədilən maneçilikdən dolayı Bakıda yol təmiri yarımçıq dayandırılıb.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Lent.az-a verdiyi açıqlamada iyunun 17-dən Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsinə qədər olan hissəsində təmir işlərinə başlandığını, lakin təmirin yarımçıq dayandırıldığını bildirib:

“Həmin hissədə müəyyən işlər həyata keçirilib. Digər işlərin isə 10 gün müddətində yekunlaşdırılması və yolun yenidən istifadəyə verilməsi gözlənilirdi. Lakin avtomobillərin yolu kobud şəkildə zəbt etməsi nəticəsində burada dözülməz vəziyyət yaranıb. Ərazidə təmir işləri aparmaq mümkün deyil. Məhz bu səbəbdən bu gündən etibarən işlərin aparılmasının mümkünsüzlüyünü görən "Azəryolservis" ASC-nin rəhbərliyi ərazidən bütün texnikaların çıxarılması barədə qərar verib. Ona görə də həmin ərazidə işlərin nə zaman bitəcəyi və yolun nə vaxt tam açılacağı məlum deyil. Bu səbəbdən yol elə beləcə, bərbad vəziyyətdə qalacaq".
 
P.Mürsəliyev sürücülərə edilən çoxsaylı xəbərdarlıqların heç bir fayda vermədiyini də qeyd edib: “Maşınları park edirlər, sonda edilən bütün xəbərdarlıqlara baxmayaraq, onları ərazidən götürmürlər. Bəziləri deyirlər ki, həyətimizdə maşın saxlamağa yer olmadığından burada saxlayırıq. Bəs maşını almamışdan əvvəl fikirləşmirlər ki, onu harada saxlayacaqlar? Ticarət obyektlərinin, ofislərin qarşısında isə vəziyyət daha acınacaqlıdır. Burada avtomobillər yolu tam kəsirlər. Ona görə də artıq bu vəziyyətdə işləmək mümkün deyil”.
 





19.06.2014    çap et  çap et