525.Az

TQDK-dan buraxılış imtahanı açıqlaması


 

TQDK-dan buraxılış imtahanı açıqlaması<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib.
 
İmtahanlar Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarında baş tutub.
 
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub. Sabahdan başlayaraq Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.  
 





19.06.2014    çap et  çap et