"Yunanıstanda ruslar üçün təhlükəsizlik vəziyyəti indi yaxşılaşıb, lakin Rusiya vətəndaşları bu ölkədə hələ də diqqətli olmalıdırlar".
525.az xəbər verir ki, bunu Rusiyanın Yunanıstandakı səfiri Andrey Maslov müsahibəsində deyib.
Diplomat qeyd edib ki, səfirliyin konsulluq şöbəsinə və Rusiya Federasiyasının Salonikidəki Baş Konsulluğuna Yunanıstanda yaşayan Rusiya vətəndaşlarına, rusiyalı həmvətənlərə və sadəcə rusdillilərə qarşı təxribatlar, təhqirlər, fiziki hücumlar barədə məlumatlar daxil olub.
"Aqressiyanın mənbəyi təbii ki, yunanlar deyil, ölkədə olan millətçi düşüncəli ukraynalılar idi. Çox vaxt onların üçüncü şəxslərdən video və fotofiksasiya olmadan gəlməsi, hadisə yerində zərərçəkənlərin adları ilə bağlı dəqiq məlumatların olmaması və s. Bununla belə, vətəndaşlarımıza və soydaşlarımıza hücumların təsdiqlənmiş bəzi halları var”, - deyə diplomat bildirib.
Malik Atilay
çap et