525.Az

BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdləri Beynəlxalq Rus dili olimpiadasında uğur qazandılar


 

BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdləri Beynəlxalq Rus dili olimpiadasında uğur qazandılar<b style="color:red"></b>

Bu günlərdə Moskvada Beynəlxalq Rus dili günü Puşkinin anadan olmasının 215 illiyinə həsr olunmuş məktəblilər arasında XIII Beynəlxalq Rus dili olimpiadası baş tutdu. Olimpiada Rusiya Federasiyası Təhsil Elm Nazirliyi,  Rossotrudniçestvo Federal Agentliyi, Rus Dili Ədəbiyyat Müəllimlərinin Beynəlxalq assosiasiyası "Russkiy mir " fondunun dəstəyi ilə A.S.Puşkin adına Rus Dili İnstitutu tərəfindən keçirildi.

İntellektual olimpiadada dünyanın 29 ölkəsindən (Azərbaycan, Avstriya, Bolqarıstan, İzrail, Serbiya, Niderland, Çernoqoriya, Finlandiya b.) 205 məktəbli   müəllim iştirak etdilər. Azərbaycanı Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin X sinif şagirdləri Babayev Rauf, Zeynalova İrana, Abbasov Hüseyn, Danoy Vladlena,VII sinif şagirdi Danoy Zlat, həmçinin 160 nömrəli Klassik gimnaziyanın X sinif şagirdi Novruzova Mayadan ibarət nümayəndə heyəti təmsil etdi. Nümayəndə heyətinə BSU Məktəb-Lisey Kompleksinin rus dili müəllimi Ayzatullin Rauf rəhbərlik edirdi.


BSU
-nun Məktəb-Lisey Kompleksinin təmayülünə uyğun olaraq slavyan dilləri, o cümlədən, rus dili ədəbiyyatı üzrə keçirilən beynəlxalq tədbirlərdə bilik yarışlarında iştiraka xüsusi önəm verən rəhbərlik üç ay ərzində şagirdlərin Beynəlxalq olimpiadaya hazırlaşması üçün xüsusi tədbirlər planı tərtib etmişdi.


Gərgin
maraqlı keçən bu intellektual yarışmanın sonunda Beynəlxalq olimpiadanın 10 nəfər mütləq qalibinin siyahısı açıqlandı. Ölkəmiz üçün fərəhləndirici haldır ki, bu mütləq qaliblərin sırasında həmyerlimiz Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin X sinif şagirdi Hüseyn Abbasov yer qazandı. Fəxri diplomla təltif olunmasıyla yanaşı, ona Rusiya Federasiyasının maliyyəsi ilə  Rusiyanın aparıcı ali məktəblərində təhsil almaq hüququ verildi.


Digər
şagirdlərimiz bütün müsabiqə imtahanlarda özlərini layiqincə göstərərək diplom sertifikatlarla təltif olundular. Babayev Rauf, Zeynalova İrana, Novruzova Maya I yer,Danoy Zlata Danoy Vladlena isə III yerə layiq görüldülər.


Günay
  ƏLİYEVA

 





19.06.2014    çap et  çap et