525.Az

Aydan Əliyevanın "Gəlmə" adlı yeni mahnısı işıq üzü görüb


 

Aydan Əliyevanın "Gəlmə" adlı yeni mahnısı işıq üzü görüb<b style="color:red"></b>

Bir sıra uğurlara imza atan, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının məzunu, Gənc bəstəkar, pianoçu eləcə də muğam, estrada vokal ifaçısı Aydan Əliyevanın "Gəlmə" adlı yeni mahnısı işıq üzü görüb. 

525.az xəbər verir ki, mahnının sözləri reper Nadir Məmmədova, musiqisi gənc bəstəkarın özünə, aranjemanı isə bəstəkar, aranjemançı Azər Hacıəsgərliyə məxsusdur. 

Mahnıya “Milli Label production” tərəfindən klip çəkilib. Mahnı yayım şirkəti “Mik Pro” tərəfindən bütün sosial musiqi platformalarına əlavə olunub. 

Qeyd edək ki, Aydan Əliyeva mahnılarla bərabər, bir sıra instrumental, simfonik əsərlərin də müəllifidir.

Linkə daxil olaraq mahnını dinləyə bilərsiniz:

https://bfan.link/gelme

Sevil Seymur

 





22.10.2022    çap et  çap et