525.Az

Britaniya tarixində ən qısa müddət baş nazirlik etmiş şəxslər - ARAŞDIRMA


 

Britaniya tarixində ən qısa müddət baş nazirlik etmiş şəxslər - <b style="color:red">ARAŞDIRMA</b>

Böyük Britaniyanın baş naziri Liz Trass vəzifəsinin 45-ci günündə istefa verdiyini açıqlayıb. Bununla da Britaniya tarixində ən qısa müddət baş nazirlik etməklə tarixə düşüb. Tarixə göz gəzdirdikdə isə bu anti-rekorda xanım Trassdan əvvəllərin kimlərin sahib olduğunu görə bilərik. 

Tori partiyasının liberal qanadının nümayəndəsi Corc Kanninq 119 gün (1827-ci ilin aprelindən avqust ayına kimi) Böyük Britaniyanın baş naziri vəzifəsində çalışmışdır. Ölüm səbəbiylə ən az baş nazirlik vəzifəsini icra edən ikinci şəxs kimi tarixə düşmüşdür.

Böyük Britaniyanın 54-cü Mühafizəkar baş naziri Endryu Bonar Lou 211 gün (1922-1923) baş nazir vəzifəsində çalışmış və ağır xəstəlik - qırtlaq xərçəngi səbəbilə vəzifəsini tərk etmək məcburiyyətində qalmışdı.

Mühafizəkar Alexander Douglas-Home, sələfi geri dönməz mərhələdə prostat xərçəngi səbəbiylə postunu tərk etdikdən sonra Britaniya baş nazirinin kürsüsünə keçmək məcburiyyətində qalmışdı. Ser Duqlas-Home 363 gün (1963-1964) Böyük Britaniyaya rəhbərlik etmişdi. Daha sonrakı seçkilərdə isə məğlub olmuşdu. Versiyalardan birinə görə seçicilər “Profumo işi” – mühafizəkar və müharibə katibi Con Profumo ilə 19 yaşlı rəqqasə arasında cinsi əlaqənin yaratdığı siyasi qalmaqala görə mühafizəkarlara səs verməkdən çəkiniblər.

İkinci Dünya Müharibəsi zamanı mühafizəkar ser Entoni İden yəhudilərin nasistlərdən xilas edilməsində iştirak edirdi və Avropada məşhur siyasətçi hesab olunurdu. Uinston Çörçill istefa verdikdən sonra o, Böyük Britaniyanın baş naziri təyin edilmişdi. Lakin tezliklə Süveyş böhranı başladı, nəticədə ölkə Süveyş kanalına nəzarəti itirdi. Kütləvi mitinqlər və etirazlardan sonra Entoni İden 1 il 279 gün (1955-1957) sonra vəzifəsindən istefa verməli oldu.

2008-ci il qlobal maliyyə böhranı və Britaniyanın İraq müharibəsindəki rolunun araşdırılması Qordon Braunun Leyboristlər Partiyasının baş nazirliyi dövründə düşdü. Nəticədə 2010-cu il parlament seçkilərində nə Mühafizəkarlar, nə də Leyboristlər mütləq çoxluğu qazana bilmədilər. Cənab Braun partiyasının Mühafizəkarlarla koalisiya yarada bilməsi üçün istefa verdi. O, 2 il 318 gün (2007-2010) hakimiyyətdə oldu.

Malik Atilay

 





22.10.2022    çap et  çap et