Yaponiyada son 43 ilin rekord ticarət kəsiri qeydə alınıb. Bu ilin aprel və sentyabr ayları arasında ticarət kəsiri 11 milyon yen və ya 73 milyard dollar təşkil edib.
525.az xəbər verir ki, milli valyuta Yapon yeninin dəyər itirməsi Yaponiyanın 2022-ci maliyyə ilinin birinci yarısı üçün ticarət məlumatlarına təsir göstərir. Yaponiya Maliyyə Nazirliyi 2022-ci maliyyə ilinin birinci yarısı və sentyabr ayı üçün ölkənin ilkin ticarət məlumatlarını yeniləyib. İlkin məlumatlara görə, aprel-sentyabr aylarında ticarət kəsiri 11 trilyon yen (73 milyard dollar) olaraq qeydə alınıb. Sözügedən 6 aylıq dövrdə idxal 44.5 faiz artaraq 60.5 trilyon yenə (403 milyard dollar), ixracat isə 19.6 faiz artaraq 49.5 trilyon yenə (330 milyard dollar) çatıb.
Xammal və enerji xərclərinin artması və yapon yeninin ABŞ dollarına nisbətdə ucuzlaşması ticarət kəsirinə mənfi təsir göstərib. İxrac malları arasında nəqliyyat vasitələri və yarımkeçiricilər, idxal malları isə xam neft, mayeləşdirilmiş təbii qaz və kömür olub.
Qeyd edək ki, Yaponiyanın bir yarım maliyyə ilində ticarət kəsiri 1979-cu ildə rəsmi məlumatların əldə edilməsindən sonra rekord həddə çatmışdı. Əvvəlki rekord 2013-cü maliyyə ilinin ikinci yarısında 8.7 trilyon yen ticarət kəsiri qeydə alınmışdı. Meiji Yasudanın baş iqtisadçısı Kodama Yuici: "Yüksək enerji qiymətləri və zəif Yapon yeninin böyük təsiri var. İxrac ümumi daxili məhsulu artırmalı olan yeninin son ucuzlaşmasından faydalanır. Digər tərəfdən, milli rifah daralır", - deyib. Müvafiq olaraq, Yapon yeninin ucuzlaşmasından sonra idxal xərcləri artdığından, sentyabrın baharı üçün ticarət kəsiri 2,09 trilyon yen (14 milyard dollar) təşkil edib. İdxalın 45.9 faizi, ixracın isə 28.9 faiz artdığı sentyabr ayı ticarət kəsiri verildiyi ardıcıl 14-cü ay olaraq qeyd edilib.
Məhəmməd Tağıyev
çap et