525.Az

AMEA-nın onlayn iclasında fəlsəfə və elmlər doktoru hazırlığı müzakirə edilib


 

AMEA-nın onlayn iclasında fəlsəfə və elmlər doktoru hazırlığı müzakirə edilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclası keçirilib.

525.az xəbər verir ki, tədbirdə akademik Rasim Əliquliyev AMEA FRTEB-in elmi müəssisələrində 2022/2023-cü tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri haqqında çıxış edib. O, AMEA Rəyasət Heyətinin qərarına əsasən, Akademiyaya daxil olan elmi bölmələrə doktorantura və dissertanturaya qəbulun nəticələrinə müvafiq olaraq yekun qərarın qəbul edilməsi səlahiyyəti verildiyini bildirib. Alim AMEA FRTEB-in elmi müəssisələrində sözügedən tədris ili üzrə 34 nəfərin fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olunduğunu diqqətə çatdırıb, həmçinin əlavə yerlər üzrə müraciətlər barədə məlumat verib.

Vitse-prezident qəbul olunmuş doktorant və dissertantlar qarşısında çox ciddi elmi məsələlərin qoyulduğunu bildirib, onların dövlətimizin çağırışları kontekstində məsuliyyətlə fəaliyyət göstərməsinin, yüksək elmi nəticələr əldə etməsinin əhəmiyyətindən danışıb. 

Səsverməyə əsasən, AMEA FRTEB-in elmi müəssisələrində 2022/2023-cü tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri təsdiq olunub.

Qeyd edək ki, akademik Rasim Əliquliyev AMEA-nın elmi müəssisələrinin 2023-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul planı barədə məlumat verərək, bölməyə daxil olan institut və təşkilatlarda növbəti il üçün elmlər doktorluğu hazırlığı üzrə 15, fəlsəfə doktorluğu hazırlığı üzrə isə 54 yerin ayrılması təklifi ilə AMEA Rəyasət Heyətinə müraciət olunmasının planlaşdırıldığını deyib.

 





23.10.2022    çap et  çap et