Liz Tras İngiltərədə baş nazir vəzifəsindən istefa verdikdən sonra Mühafizəkarlar Partiyasında liderlik üçün seçki prosesi başlayıb. Yenidən liderliyə namizəd olacağı deyilən keçmiş baş nazir Boris Conson xaricdəki tətilinə ara verərək ölkəsinə qayıdıb.
525.az BBC-ə istinadən xəbər verir ki, Liz Trasın istefasından sonra Böyük Britaniyanın baş naziri uğrunda yarış daha da sürətlənib. Mühafizəkarlar partiyasının vəzifə üçün ən görkəmli simalarından biri, Brexit kampaniyasının əsas qəhrəmanı Boris Consondur. Conson keçən iyul ayında artan tənqidlər fonunda baş nazir vəzifəsindən istefa vermişdi. Lakin Mühafizəkarlar Partiyasındakı yeni tendensiya Consonu Karib dənizi tətilini yarımçıq kəsməsi ilə nəticələnib. Londonun Gatwick hava limanında görünən Conson maşınına minərkən mətbuat üçün pozalar verib və yenidən köhnə vəzifəsinə qayıtmaq istədiyini bildirib.

Məhəmməd Tağıyev
çap et