525.Az

"Bu normalar şagirdlərdə davranış mədəniyyətinin formalaşmasına xidmət edir"


 

"Bu normalar şagirdlərdə davranış mədəniyyətinin formalaşmasına xidmət edir"<b style="color:red"></b>

“Mən qız övladlarının məktəbə açıq-saçıq geyimdə, qısa ətəkdə gəlməyini qəbul etmirəm. Bunu geri düşüncəli olmadığın əlaməti kimi də qəbul etmirəm. Eləcə də oğlanların məktəbə istənilən saç düzümündə gəlməsi düzgün deyil. Hələ ziynət əşyaları ilə təhsil ocağına daxil olan müəllimləri demirəm. Bu sadəcə olaraq bayağı zadəganlığın əlamətidir. İnkişaf etmiş dünya ölkələri bunlardan çoxdan imtina edib. Fikirləşirəm ki, məktəblərdə milli dəyərlər də qorumalıdır. Yeni qaydalar bizə bu işdə yardımçı olacaq". 

525.az xəbər verir ki, bunu Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. İ.Orucov vurğulayıb ki, indi bütünlükdə hər kəs həmin qaydaların hazırlanmasına dəstək verməlidir: 

 "Məktəb ictimai yerdir, təlim-tərbiyə müəssisəsidir. Tədrislə bərabər yeni nəsil burda tərbiyə olunur. Tərbiyənin də aşılanması üçün şagirdlərdə müəyyən davranışlar formalaşdırmaq lazımdır. Bu məktəbli geyimindən tutmuş, məktəblinin zahiri görkəminin müəyyən normalarla tənzimlənməsinə qədər olan bütün məsələləri özündə birləşdirir. Şagirdlərin saç düzümü, geyimi ilə bağlı standartlar mütləqdir. 
Eyni zamanda bu normalar müəllimlər üçün olmalıdır. Müəllim öz geyimi ilə cəmiyyətə nümunə olmalıdır. Şagirdlərin istədiyi geyimdə məktəbə gəlməsi yolverilməzdir. 

Dünyanın fərqli, elm və təhsil səviyyəsi yüksək olan ölkələrində səfərdə olmuşam. Ordakı məktəblərlə yaxından tanışam. Birmənalı olaraq deyə bilərəm ki, həmin məktəblərin hər birinin öz qaydaları var. Özəl, bələdiyyə, dövlət və s. hamısının öz normaları olur. Bu normalar şagirdlərdə davranış mədəniyyətinin formalaşmasına xidmət edir". 

Sevinc Qarayeva


 

 





23.10.2022    çap et  çap et