525.Az

Onuncu siniflərə qeydiyyat oktyabrın 31-dək aparılacaq


 

Onuncu siniflərə qeydiyyat oktyabrın 31-dək aparılacaq<b style="color:red"></b>

Müxtəlif səbəblərdən onuncu siniflərə qeydiyyata gecikən şagirdlər təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, qəbul şagird yerdəyişməsi elektron sistemi vasitəsilə aparılır.

Qeydiyyat oktyabrın 31-dək davam edəcək.

Qeyd edək ki, oktyabrın 17-si saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilib.

Sevinc Qarayeva

 





23.10.2022    çap et  çap et