525.Az

Məktəblilərimiz Avropa Qızlar İnformatika Olimpiadasında uğurla çıxış ediblər


 

Məktəblilərimiz Avropa Qızlar İnformatika Olimpiadasında uğurla çıxış ediblər<b style="color:red"></b>

Azərbaycan məktəbliləri ilk dəfə “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak ediblər. 16-23 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində təşkil olunan beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunub.

Eım və Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, sözügedən yarışda məktəblilərimiz uğurla çıxış edərək 1 gümüş və 1 bürünc medal qazanıblar.

Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova (11-ci sinif) gümüş medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva (11-ci sinif) isə bürünc medal qazanıb.

Sevinc Qarayeva

 





23.10.2022    çap et  çap et