525.Az

Yaponiyada sentyabr ayında əsas inflyasiya 3 faiz artıb


 

Yaponiyada sentyabr ayında əsas inflyasiya 3 faiz artıb<b style="color:red"></b>

Yaponiyada sentyabrın əsas istehlak qiymətləri indeksi (CPI) ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıb.

525.az xəbər verir ki, Daxili İşlər və Rabitə Nazirliyi tərəfindən yenilənən məlumatlara görə, sentyabr ayında Yaponiyada əsas CPI 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 3% artıb. Məlumatlara görə, enerji qiymətləri 16.9%, ərzaq qiymətləri 4.6% artıb. Ərzaq qiymətlərindəki artım tempi 1981-ci ildən sonra ən yüksək artım tempi olaraq qeydə alınıb. İstehlak vergisinin qaldırıldığı dövrlər istisna olmaqla, TÜFE-dəki 3 faizlik artım 1991-ci ildən sonra ən yüksək artımdır.

Milli CPI, son 6 aydır ardıcıl olaraq Yaponiya Bankının (BoJ) 2 faizlik inflyasiya hədəfinin üstündədir. Artımın səbəbi kimi Rusiyanın Ukraynaya hücumlarının bazara təsiri ilə əmtəə qiymətlərinin artması və ABŞ dolları qarşısında ucuzlaşmasını davam etdirən yapon yeni göstərilib. Daiwa Qiymətli Kağızlar üzrə Baş İqtisadçı Suehiro Toru bildirib ki, qiymət artımları geniş yayılıb və zəif yenin təsiri dayanıqlı mallar da daxil olmaqla geniş spektrdə hiss olunur. 

“İstehlakçı qida və digər gündəlik məhsullar almağı dayandıra bilməz və edə biləcəyi şey, əyləncə kimi xidmətlərə xərclərini azaltmaqdır", - deyən Suehiro, bu vəziyyətin Covid-19-un mənfi təsirdən qurtulmağı hədəfləyən xidmət sektorunu vuracağını da əlavə edib.

Məhəmməd Tağıyev

 





23.10.2022    çap et  çap et