525.Az

Çin səfirliyi 81 360 AZN ianə etdi 


 

Çin səfirliyi 81 360 AZN ianə etdi <b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi, BMT-nin Rezident Əlaqələndirici Ofisi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Xeyriyyə Yarmarkasında Çin Xalq Respublikasının ölkəmizdəki Səfirliyi də iştirak edib. Səfir Qo Min tədbirin açılış mərasiminə qatılaraq Çin mallarını təqdim edib. 

Bu barədə 525.az-a Çin səfirliyindən məlumat verilib.

Xeyriyyə Yarmarkasına çoxlu sayda qonaq gəlib və orada geniş çeşidli malların nümayiş olunduğu stendlər təqdim olunub. Çinin Azərbaycandakı Səfirliyinin stendi milli bayrağı, qırmızı fənərlər, çin düyünləri və digər dekor əşyaları ilə əlvan şəkildə bəzədilmişdir ki, bu da azərbaycanlı qonaqların və müxtəlif ölkələrdən gələn turistlərin diqqətini cəlb ediv. Rəngarəng ipəkdən hazırlanmış mənzərə rəsmləri, möhtəşəm asma bəzəklər, panda şəklində suvenirlər, məşhur ətirli Çin çayı, eləcə də incə işlənmiş çay dəstləri, dekorativ boşqablar, yelpiklər, bloknotlar və digər məhsullar bir çox yüksək vəzifəli şəxslərin, səfirlərin, eləcə də qonaqların maraqlarına səbəb olub və məmnuniyyətlə alınıb.

Satışdan əldə edilən gəlirlə yanaşı, ÇXR Səfirliyi YUNİSEF-in Azərbaycandakı layihələrini dəstəkləmək və Azərbaycanda uşaqların inkişafına töhfə vermək məqsədilə 81 360 manat (AZN) köçürüb. 

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov, Gənclər və idman naziri Fərid Qayıbov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və digər vəzifəli şəxslər stendi ziyarət edib, alış-veriş ediblər. Onlar Çin Səfirliyinin iştirakı və verdiyi ianə üçün minnətdarlıqlarını bildiriblər.

Pərvanə

 





24.10.2022    çap et  çap et