525.Az

"Mən Gürcüstanda özümü evimdəki kimi hiss edirəm" - Prezident İlham Əliyev


 

"Mən Gürcüstanda özümü evimdəki kimi hiss edirəm" - <b style="color:red">Prezident İlham Əliyev</b>

"Mən doğrudan da özümü evimdəki kimi hiss edirəm".

525.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

"Mən yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il hörmətli cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda beynəlxalq təşkilatların keçirildiyi tədbirlər çərçivəsində də biz daim görüşürük", - dövlət başçısı bildirib.

 

 





24.10.2022    çap et  çap et