525.Az

Gürcüstanın təhsil və elm naziri BDU-da olub


 

Gürcüstanın təhsil və elm naziri BDU-da olub<b style="color:red"></b>

Azərbaycanda səfərdə olan Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli Bakı Dövlət Universitetində (BDU) olub.

525.az-ın məlumatına görə,  o, BDU-nun tələbələri və professor-müəllim heyəti ilə görüşüb.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev bildirib ki, dost ölkələr olan Azərbaycan və Gürcüstan təhsil və elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır: “Bu əməkdaşlıq həm bizim, həm də gürcü həmkarlarımız üçün çox faydalı ola bilər”.

Gürcüstanın təhsil naziri elmi-tədqiqat layihələrinin həyata keçirilməsinin iki ölkənin planlarına daxil olduğunu deyib:

"Bu əməkdaşlıq bizim üçün çox vacibdir. Biz Tbilisi Dövlət Universitetində Azərbaycan dilinin tədrisini təkmilləşdirmək istəyirik. Bundan başqa, gələn il Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Tbilisi Dövlət Universitetində onun adına kitabxana və auditoriyanın açılması barədə razılığa gəldik. Bu münasibətlə həmçinin Heydər Əliyevə və onun nailiyyətlərinə həsr olunmuş elmi konfransın keçirilməsini planlaşdırırıq”.
Nazir əlavə edib ki, Bakı Dövlət Universiteti Gürcüstanın ali təhsil müəssisələri ilə əməkdaşlıq edəcək.

M.Çxenkeli  Azərbaycan və Gürcüstanın təhsil sahəsində əməkdaşlığı davam etdirdiyini vurğulayaraq, bu gün BDU-nun rektoru ilə təhsil və elm sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsini müzakirə etdiyini bildirib:

"Biz BDU ilə Gürcüstan universitetləri arasında əməkdaşlığın həyata keçirilməsi haqqında razılığa gəldik. Əməkdaşlığın təfərrüatlarını müzakirə etmək üçün rektoru Gürcüstana səfərə dəvət etdim. Həmçinin ali təhsil müəssisələri arasında elmi-tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsinə çalışacağıq".

Sevinc Qarayeva
 

 





24.10.2022    çap et  çap et