525.Az

UNEC-də peşəkar mühasib sertifikatının I mərhələsi üzrə hazırlıq kursuna qeydiyyat başlanıb


 

UNEC-də peşəkar mühasib sertifikatının I mərhələsi üzrə hazırlıq kursuna qeydiyyat başlanıb<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzində peşəkar mühasib sertifikatının birinci mərhələsi üzrə hazırlıq kursuna qeydiyyat başlanıb.

UNEC-dən 525.az-a bildirilib ki, maliyyə hesabatlarının beynəlxalq standartları üzrə peşəkar mühasib sertifikatına hazırlıq kursu "Mühasibat uçotu" mövzusunu əhatə edir. Kurs Maliyyə və mühasibat fakültəsinin dekanı iqtisad elmləri namizədi Hafis Hacıyev və dekan müavini Abdulkərim Sadıqov tərəfindən tədris ediləcək.

Kursun tədris proqramı 60 saatı əhatə edir. Dərslər 3 ay ərzində UNEC-in əsas tədris binasında keçiriləcək.

Sevinc Qarayeva

 





24.10.2022    çap et  çap et